Onlayn ictimai-siyasi qəzet
İranda qadınların məcburi hicab qaydalarına qarşı etirazları davam edir.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Tehranın Pərvanə bazarında qadın və gənclərin geyim tərzi son günlər sosial mediada geniş müzakirə olunub.
Yayılan görüntülərdə bəzi qadınların məcburi hicab qaydalarına əməl etmədiyi və gündəlik geyimlərini öz seçimlərinə uyğun müəyyənləşdirdiyi görünür.
Qadınların sərbəst geyinməsi İranda son illərdə davam edən etirazların formalarından biri kimi dəyərləndirilir.
İran hakimiyyəti isə ölkədə qadınlar üçün məcburi hicab tələbinin qüvvədə olduğunu bildirir və qaydalara əməl etməyənlərə qarşı müxtəlif tədbirlər görür.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ