İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan ABŞ bazasına QƏFİL HÜCUM – CENTCOM-dan TƏCİLİ AÇIQLAMA

İran İordaniyadakı ABŞ bazasına raketlər buraxıb.

Musavat.com xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid yuxarı vəzifəli amerikalı rəsmiyə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.

Ravid raketlərin vurularaq zərərsizləşdirildiyini vurğulayıb.

O qeyd edib ki, bu, ABŞ prezidenti Donald Trampın İrana qarşı zərbələri müvəqqəti dayandırmaq qərarından sonra Tehranın regiondakı ABŞ bazasına ilk raket hücumudur.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında məsələ ilə bağlı rəsmi bəyanat yayıb:

"Bu gün Şərq vaxtı ilə saat 17:45-də (Bakı vaxtı ilə 01:45-də) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri Yaxın Şərqdə yerləşdirilən ABŞ qoşunlarına qəfil hücum cəhdi edərək İran ərazisindən bir neçə ballistik raket buraxıb. İranın bütün raketləri uğurla tutulub və zərərsizləşdirilib".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR