Onlayn ictimai-siyasi qəzet
Fars körfəzi və Hörmüz boğazı ətrafında son günlər artan gərginlik və qarşılıqlı insidentlər fonunda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ərəb dilində diqqət çəkən mesaj yayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Bəqai paylaşımında yazıb: “Əgər aslanın dişlərinin çıxdığını görsəniz, aslanın gülümsədiyini düşünməyin”.
Məlumata görə, bu açıqlama Hörmüz boğazında və Fars körfəzində baş verən qarşılıqlı toqquşmalar, həmçinin BƏƏ ərazisinə yönəlik hücum iddiaları ilə bağlı gərginliyin artdığı dövrə təsadüf edir.
Son günlər Fuceyrə limanı və BƏƏ-nin digər bölgələrinə edilən hücum iddiaları, eləcə də bölgədə raket və dron qarşıdurmaları regional təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ