İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla Trampın Hörmüz davası: Biri yazır, o biri təkzib edir

İranın Hörmüz Boğazı İdarəsi (PGSA) ABŞ prezidenti Donald Trampın ABŞ-ın Hörmüz boğazına tam nəzarət etdiyinə dair iddiasını rədd edib.

Musavat.com xəbər verir ki, İdarənin müvafiq açıqlaması X hesabında yerləşdirilib: "ABŞ rəsmilərinin Hörmüz boğazının artıq bağlanmadığı barədə iddiaları və təkrarlanan açıqlamaları reallığı dəyişdirmir: Hörmüz boğazı bağlı qalır və İranın şərtləri qəbul edilənə qədər yenidən açılmayacaq".

Qeyd edək ki, ABŞ prezidenti son günlərdə dəfələrlə Hörmüz boğazının tam Amerika nəzarəti altında olduğunu bildirib. Dünən isə Truth Social hesabında paylaşım edib: “ABŞ Hörmüz boğazına tam nəzarət edir. Düşünürəm ki, biz onu saxlayacağıq! Və İran buna qarşı heç nə edə bilməz".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR