İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda doktrina savaşı: sənədsiz strategiya, iqtisadsız gələcək

"Arzular siyahısı, hətta ona “doktrina” adı verilsə belə, hələ doktrina olmur. Doktrina yalnız o zaman doktrina adlana bilər ki, ən azı konkret hesablamalar, mexanizmlər, risklərin qiymətləndirilməsi və məsuliyyət daşısın".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Emrənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri David Ananyanın statusunda yer alıb.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin təqdim etdiyi “doktrina” bütövlükdə yalnız kağız üzərində belə bir yalançı təəssürat yaratmaq cəhdidir. “Onlar bununla göstərmək istəyirlər ki, guya hakimiyyətin “2050-yə qədər baxışı” var. Əslində isə bu sənəd öhdəlik daşımayan ümumi formulyarlarla məhdudlaşır. Ermənistanın istehsal bazası və ixracyönümlü iqtisadiyyatı olmadığı halda “baxışlar” və “doktrinalar” haqqında söhbətlər təhlükəli özünəaldatmadan başqa bir şey deyil.”,-deyə Ananyan qeyd edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR