İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda hava kəskin çirklənib: Sakinlərə respirator taxmaq tövsiyə olunur

Ermənistanın paytaxtı İrəvanda hava keyfiyyəti sürətlə pisləşib. Şəhərdə çirklənmə səviyyəsi AQI indeksinə görə 170–260 aralığında qeydə alınıb ki, bu göstərici normanı (0–100) dəfələrlə üstələyir.

Musavat.com xəbər verir ki, artan çirklənmə səbəbilə rəsmilər və ekoloji fəallar şəhər sakinlərinə respiratorlardan istifadə etməyi tövsiyə ediblər. Mütəxəssislər yüksək AQI göstəricisinin tənəffüs yolları xəstəliklərini artırdığını və xüsusilə uşaqlar, yaşlılar və astma xəstələri üçün təhlükəli olduğunu bildirirlər.

Məlumata görə, 30 noyabrda İrəvanda respiratorlu yürüş keçiriləcək. Aksiyanın təşkilatçıları hökumətdən şəhərdə zərərli tullantı mənbələrinə nəzarətin gücləndirilməsini, sənaye müəssisələrinin fəaliyyətinə daha ciddi monitorinqin tətbiq olunmasını tələb edəcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR