İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda silahlı hücum: Ölən və yaralananlar var

Ermənistanın paytaxtı İrəvanda silahlı insident qeydə alınıb.

Şəhərdə baş verən atışma nəticəsində bir neçə nəfər xəsarət alıb, vəziyyəti ağır olan yaralılar var. Hadisə paytaxt sakinləri arasında narahatlıq yaradıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Musavat.com xəbər verir ki, yerli KİV-in məlumatına görə, atəş səsləri Acapnyak inzibati rayonunda eşidilib. Hadisədən sonra əraziyə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumatlara əsasən, “Armeniya” tibb mərkəzinə 7 nəfər yerləşdirilib. Onlardan biri aldığı xəsarətlərdən dünyasını dəyişib, iki nəfərin vəziyyəti son dərəcə ağır olaraq qiymətləndirilir. Digər yaralıların durumu isə həkimlər tərəfindən stabil-ağır kimi dəyərləndirilir.

@@TVmusavat/140207@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR