İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın təcili xahişi ilə kritik zəng: Paşinyan və Mişustin arasında telefon danışığı baş tutdu

Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında son dövrlər regional nəqliyyat layihələri və geosiyasi kurs fonunda yaranan fikir ayrılıqları şəraitində iki ölkənin hökumət başçıları arasında mühüm telefon danışığı baş tutub.

Musavat.com xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli əlaqələrin gələcəyinə dair intensiv müzakirələr aparılıb. Rusiya Federasiyası Hökumətinin mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, bu yüksək səviyyəli telefon danışığı birbaşa Ermənistan tərəfinin təşəbbüsü və rəsmi xahişi ilə reallaşıb.

Rusiya Nazirlər Kabinetinin bəyanatında bildirilir ki, söhbət zamanı hökumət başçıları Rusiya-Ermənistan ikitərəfli qarşılıqlı fəaliyyətinin ən aktual və strateji məsələlərini ətraflı şəkildə nəzərdən keçiriblər. Danışıqlarda əsas diqqət iki ölkə arasında ticarət-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə mövcud olan əməkdaşlıq bağlarının qorunması və inkişaf etdirilməsinə yönəldilib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR