Onlayn ictimai-siyasi qəzet
İsrail ABŞ-İsrail müharibəsinə son qoymaq üçün Livanda Hizbullah-a qarşı hərbi əməliyyatları dayandırmağa razı olmayacaq.
Musavat.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu CBS News-a verdiyi müsahibədə deyib. Yəhudi dövlətinin İranla razılaşmanın bir hissəsi olaraq Hizbullaha qarşı hərbi əməliyyatları dayandırmağa razı olub-olmayacağı sualına Netanyahu "xeyr" cavabını verib, lakin ABŞ prezidenti Donald Trampın tələb etdiyi təqdirdə İsrailin Hizbullah-la mübarizəni dayandırmağa razı olub-olmayacağı sualına cavab verməkdən yayınıb.
İsrailin baş naziri İranın əhəmiyyətli dərəcədə zəifləməsinin və ya orada hakimiyyətin kökündən dəyişməsinin Hizbullah, HƏMAS və Yəməndə husilərin Ənsar Allah hərəkatının süqutuna səbəb olacağına inandığını bildirib.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ