Onlayn ictimai-siyasi qəzet
İsraili yaxın günlərdə mürəkkəb və taleyüklü proseslər gözləyir.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin Baş Qərargah rəisi Eyal Zamir açıqlama verib.
Onun sözlərinə görə, İsrail Ordusu ABŞ hərbçiləri ilə koordinasiyalı şəkildə İran ərazisində strateji hədəflərə zərbələr endirməyə başlayıb. Zamir bildirib ki, qarşıdakı mərhələ “miqyasına görə görünməmiş, taleyüklü və presedentsiz kampaniya” olacaq.
Baş Qərargah rəisi vurğulayıb ki, məqsəd İranın hərbi potensialını və İsrail üçün “daimi ekzistensial təhlükə” hesab edilən imkanlarını sıradan çıxarmaqdır. O qeyd edib ki, təhlükəsizlik çağırışları fonunda İsrail cəmiyyəti qarşıdakı çətin sınaqlara hazır olmalıdır.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ