İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail "Hizbullah"ın hərbi obyektlərini VURDU

İsrail ordusunun Livanın cənubundakı bir neçə əraziyə yeni zərbə dalğası şiə təşkilatı "Hizbullah"ın hərbi obyektlərini məhv etmək məqsədi daşıyıb.

Musavat.com xəbər verir ki, məlumatı ordunun mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, zərbələr "Hizbullah"ın silah anbarlarını və raket buraxıcılarını hədəf alıb.

Mətbuat xidməti bu ərazilərdə "Hizbullah"ın bu cür obyektlərinin mövcudluğunu İsrail və Livan arasında "atəşkəs razılaşmasının pozulması" adlandırıb:

"İsrail Müdafiə Qüvvələri İsrail dövlətinə qarşı hər hansı bir təhdidi aradan qaldırmaq üçün hərəkətə keçməyə davam edəcək".

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR