İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İrandakı 40 yüksək rütbəli komandiri öldürdü – “Bir dəqiqəyə məhv edildilər”

İsrail Müdafiə Qüvvələri martın 1-də yaydığı məlumatda İsrailin həyata keçirdiyi hücumlar nəticəsində 40 iranlı yüksək rütbəli komandanın öldürüldüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin bəyanatında bildirilir:

“Qabaqlayıcı əməliyyatın başlanğıcından etibarən 40 yüksək rütbəli komandan zərərsizləşdirilib. Bu, İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat imkanları sayəsində mümkün olan tarixi bir hücumdur”.

Qurumun mətbuat xidməti əlavə edib ki, İsrailə məxsus qırıcı təyyarələr Tehranın müxtəlif nöqtələrində toplaşan İranın yüksək rütbəli təhlükəsizlik rəhbərliyinin yeddi üzvünü hədəf alaraq məhv edib.

İsrail tərəfi iddia edir ki, İran rəhbərliyindəki yüksək vəzifəli hərbi şəxslərin əksəriyyəti öldürülüb və onların “ilk zərbə zamanı - bir dəqiqə ərzində” zərərsizləşdirildiyi vurğulanır.

Qeyd edək ki, İran tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR