İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə görünməmiş həbsxana planı – məhbusların ətrafında timsahlar

İsraildə HƏMAS üzvlərinin saxlanıldığı Ktsiot həbsxanasının mühafizəsi üçün dünyada analoqu olmayan plan gündəmə gəlib. Həbsxana blokunun ətrafında timsahların yerləşdiriləcəyi xüsusi xəndək yaradılması nəzərdə tutulub.

Musavat.com xəbər verir ki, Qüds Dairə Məhkəməsi bu planın həyata keçirilməsini müvəqqəti dayandırıb.

Məhkəməyə heyvanların müdafiəsi ilə məşğul olan “Let the Animals Live” təşkilatı müraciət edib. Məhkəmə məsələnin ətraflı araşdırılmasına ehtiyac olduğu qənaətinə gəlib və yekun qərar verilənədək timsahların həbsxana ərazisinə daşınmasını qadağan edib.

Timsahlardan həbsxananın mühafizəsində istifadə ideyası İsrailin Ətraf Mühitin Mühafizəsi Nazirliyinin Nil timsahlarının statusunu dəyişməsindən sonra ortaya çıxıb. Yeni təsnifat onların əsirlikdə yetişdirilməsinə, kommersiya və digər məqsədlərlə istifadəsinə imkan verib.

Lakin heyvan hüquqları müdafiəçiləri və İsrailin Təbiət və Parklar İdarəsi plana qarşı çıxıb. Onlar qərarın kifayət qədər araşdırılmadığını, ekosistem üçün təhlükə yarada biləcəyini, həmçinin timsahların həbsxananın mühafizəsində real effektivliyinin şübhəli olduğunu bildiriblər.

Ktsiot həbsxanasının ətrafında 170 metr uzunluğunda xəndəyin tikintisinin iyulun sonunda həyata keçirilməsi planlaşdırılırdı. Məhkəmənin qərarından sonra proses yekun hökm verilənədək dayandırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR