Onlayn ictimai-siyasi qəzet
Türkiyənin milli aviadaşıyıcısı Türk Hava Yolları gələn ildən etibarən İstanbul–İrəvan–İstanbul marşrutu üzrə müntəzəm aviareyslərə başlayacaq.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç “X” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, bu qərar Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır.
Serdar Kılıçin sözlərinə görə, 11 mart 2026-cı ildən etibarən THY İstanbul–İrəvan–İstanbul marşrutu üzrə gündəlik reyslər həyata keçirəcək.
Musavat.com

08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ