İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiselyov efirdən uzaqlaşdırılır

Rusiyanın dövlət televiziyasının ən tanınmış simalarından biri, uzun illər Kremlin əsas təbliğatçılarından sayılan Dmitri Kiselyov vəzifələrini itirə bilər. Mənbələrin iddiasına görə, prezident administrasiyasında Kiselyovdan narazılıq artıb və onun “Rossiya 1” telekanalındakı əsas həftəlik proqramdan uzaqlaşdırılması barədə qərar artıq qəbul edilib.

Musavat.com xəbər verir ki, məlumata görə, yeni televiziya mövsümündə “Rossiya 1” kanalının əsas yekun siyasi-informasiya proqramı “Vesti nedeli” 2012-ci ildən bəri ilk dəfə Dmitri Kiselyovsuz efirə çıxa bilər.

Mənbələr bildirirlər ki, Kiselyovun yerini ilkin mərhələdə teleaparıcı və Dövlət Dumasının deputatı Yevgeni Popov tutacaq. “Vesti nedeli”nin özünün də ciddi şəkildə yenidən qurulmasının planlaşdırıldığı iddia edilir.

Kiselyovla bağlı problemin yalnız proqramın auditoriyasına aid olmadığı bildirilir. Mənbələrin iddiasına görə, prezident administrasiyasında ona qarşı narazılıq uzun müddətdir toplanır. Səbəblər sırasında “Vesti nedeli”yə real ictimai marağın azalması, Kiselyovun mürəkkəb xarakteri, fərqli mövqelərə dözümsüz münasibəti və Kremlin funksionerlərinin tövsiyələrini qəbul etmək istəməməsi göstərilir.

Dəyişikliklərin bununla yekunlaşmayacağı bildirilir. Mənbələrin sözlərinə görə, Kiselyovun “Rossiya seqodnya” beynəlxalq media qrupunun baş direktoru vəzifəsindən də çıxarılması nəzərdə tutulur. Onun əvəzində nüfuzlu, lakin real idarəçilik imkanlarının məhdud olduğu bir növ “fəxri təqaüd vəzifəsi”nə keçirilməsi planlaşdırılır.

Müşahidəçilər Kiselyovun gözlənilən istefasından artıq xəbərdar olduğunu və Kremlin qərarını olduqca ağır qarşıladığını iddia edirlər.

Mənbələrdən biri onun Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin Yamskoye Pole küçəsində yerləşən qərargahındakı vəziyyətini belə təsvir edib: “Qara bulud kimi gəzir, intriqaların və donosların qurbanı olduğunu deyir”.

Əgər məlumat təsdiqlənərsə, bu, Rusiya dövlət mediasında diqqətçəkən kadr dəyişikliyi olacaq. Dmitri Kiselyov 2012-ci ildən “Vesti nedeli”nin dəyişməz aparıcısıdır və xüsusilə Ukrayna müharibəsi və Qərblə qarşıdurma fonunda Kremlin televiziya təbliğatının ən tanınmış simalarından birinə çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR