Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın son dövrlərdə artan hibrid fəaliyyəti və hava məkanı pozuntuları ilə bağlı kəskin bəyanat verib.
Musavat.com xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri Moskvanın bu addımlarının bütün Avropada mülki şəxslərin təhlükəsizliyinə birbaşa hədə təşkil etdiyini bildirib.
Kallas çıxışında vurğulayıb: "Rusiyanın son zamanlar həyata keçirdiyi hibrid hücumlar, diversiya cəhdləri və hava məkanının ardıcıl pozulması bütün Avropa üzrə insanların həyatı üçün ciddi təhlükə yaradır. Rusiya raketlərinin və pilotsuz uçuş aparatlarının (PUA) Moldovanın hava məkanına daxil olması isə tamamilə qəbulolunmazdır".
Aİ rəsmisi Avropa İttifaqının tərəfdaş ölkələrin suverenliyini və hava məkanının təhlükəsizliyini dəstəkləməyə, habelə Rusiyanın bu cür təxribatçı əməllərinə qarşı cavab tədbirlərini gücləndirməyə davam edəcəyini diqqətə çatdırıb.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ