İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağır dərmanlar içirəm” – Mübariz Tağıyev səhhətindən danışdı

“Səhhətimdə problemlər var. Bir ildir ki, müalicə alıram. Ürəyim və digər orqanlarım mənə əziyyət verir”.

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev deyib.

Müğənni bildirib ki, bir ildir müalicə alır:

“Çox ağır dərmanlar qəbul edirəm. Bu dərmanlar təsir edir, ürəyimdə sancılar yaranıb. Mən bundan əvvəl ürək əməliyyatı da keçirmişəm. Bir sözlə, işə düşmüşəm. Düşünürəm ki, vəziyyətim hazırda yaxşıya doğru gedir. Görək necə olur. Konservatoriyaya da gedib gələ bilirəm. Bəzən dərsləri onlayn keçirəm”.

Mübariz Tağıyev yaradıcılığından da söz açıb:

“Heç nə etmədən yaşasam, və özümü Allaha tapşırsam, lap pis olacağam. Gərək hərəkət edəm, işləyəm. Mahnılar var ki, üzərində çalışmalıyam. Həkimlər hələlik müalicəyə üstünlük verirlər. Əgər müalicə effekt verməsə, əməliyyat olunacağam. Yaş keçdikcə, xəstəliklər baş qaldırır. Yüksək təzyiq və şəkər xəstəliyi də bir-birinə qarışıb”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR