Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyi (XİN) İtaliyanın aparıcı “Corriere della Sera” qəzetini xarici işlər naziri Sergey Lavrovun müsahibəsini dərc etməkdən imtina etdiyinə görə “açıq senzura”da ittiham edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya XİN-in məlumatına görə, nazirlik italyan mediasında “Rusiyaya qarşı artan feyk axınını dayandırmaq” üçün qəzetə eksklüziv müsahibə təklif edib. Redaksiya suallar göndərib, Lavrov isə onları geniş şəkildə cavablandırıb. Lakin qəzet müsahibəni dərc etməyib.
Nazirlik bildirir ki, redaksiya onlara Lavrovun sözlərində çoxlu “mübahisəli iddialar” və faktların əlavə yoxlanmasına ehtiyac yaratdığı üçün müsahibəni yayımlamağın mümkün olmadığını izah edib. Rusiya tərəfi həm qısa versiyanın çapda, tam versiyanın isə onlayn dərc edilməsini təklif etsə də, qəzet buna da razı olmayıb.
Rusiya XİN bu addımı “açıqlanmış senzura” adlandırıb və bildirib ki, “italiyalıların informasiya almaq hüququ” pozulur.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ