Onlayn ictimai-siyasi qəzet
Baltik dənizində Rusiya ilə NATO arasında gərginlik artır.
Musavat.com xəbər verir ki, Polşadan Kalininqrad yaxınlığında hərbi təlimlərin gücləndirilməsi çağırışı gəlib, Rusiya tərəfi isə NATO-nun Kalininqradın blokadası və Sankt-Peterburqun təcridi ssenarilərini məşq etdiyini bildirir.
Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevdə keçirilən illik forumda NATO-nu Kalininqrad vilayəti yaxınlığında təlimləri gücləndirməyə çağırıb.
Sikorski bildirib ki, manevrlər aqressiv xarakter daşımalıdır. Onun sözlərinə görə, məqsəd Rusiya Prezidenti Vladimir Putinin NATO-nun hansı addımı atacağına əmin olmamasıdır.
Kalininqradın xüsusi diqqət mərkəzində olmasının əsas səbəbi onun strateji mövqeyidir. Rusiyanın əsas ərazisindən ayrı düşən vilayət Polşa və Litva arasında, Baltik dənizinin sahilində yerləşir və burada Rusiyanın Baltik Donanmasının əsas qüvvələrindən biri yerləşdirilib. Bölgədə güclü hava hücumundan müdafiə vasitələri və nüvə başlığı daşımaq imkanına malik “İsgəndər-M” raket sistemlərinin mövcudluğu NATO tərəfindən uzun müddətdir təhlükəsizlik amili kimi qiymətləndirilir.
Kalininqrad Polşa və digər NATO ölkələri üçün həm də Suvalki dəhlizinə yaxınlığına görə strateji əhəmiyyət daşıyır. Polşa ilə Litva arasındakı bu dar ərazi Baltik ölkələrini NATO-nun digər üzvləri ilə qurudan birləşdirən əsas xəttdir. NATO buna görə Suvalki dəhlizinin müdafiəsini şərq cinahının əsas təhlükəsizlik məsələlərindən biri hesab edir. Kalininqrad isə Rusiya üçün Baltik dənizində hərbi mövcudluğunu saxlamaq və bölgədə hava-dəniz əməliyyat imkanlarını təmin etmək baxımından mühüm dayaq nöqtəsidir.
Rusiya tərəfi isə Baltikdə baş verənləri daha geniş hərbi ssenarinin tərkib hissəsi kimi qiymətləndirir. Rusiyanın hərbi təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova bildirib ki, NATO Baltik dənizində Kalininqradın blokadası və Sankt-Peterburqun təcrid edilməsi ssenarilərini sınaqdan keçirir.
“Əgər Qara dəniz tammiqyaslı güc qarşıdurması meydanına çevrilibsə, Baltikdə NATO dövlətləri artıq konkret ssenariləri sınaqdan keçirirlər”, – deyə Jdanova bildirib.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ