Onlayn ictimai-siyasi qəzet
Ukrayna ABŞ-ın Rusiya ilə münaqişənin həlli üçün hazırladığı yeni sülh planını kəskin şəkildə tənqid edib.
Musavat.com-un məlumatına görə "Financial Times" yazır ki, Kiyev sənədi “qəbuledilməz güzəştlər” adlandırır və planın bir çox müddəalarının Kremlin maksimalist tələblərinə uyğun gəldiyini bildirir.
Məlumata görə, sözügedən planı daha əvvəl ABŞ Prezidenti Donald Trampın təsdiqlədiyi barədə NBC məlumat yayıb.
Ukraynalı rəsmilər hesab edir ki, Vaşinqtonun təklif etdiyi şərtlər Ukraynanın suverenlik və təhlükəsizlik maraqlarını pozur və Kiyevin heç bir halda razı ola bilməyəcəyi kompromislər ehtiva edir.
Musavat.com
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ