İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kızılcık şerbeti”ndən qovulan “Fatih” TANINMAZ HALDA – Elə FOTO paylaşdı ki...

“Kızılcık şerbeti” serialında canlandırdığı “Fatih” obrazı ilə tanınan Doğukan Güngör yeni layihəsi öncəsi demək olar ki, tamamilə fərqli görünüşə sahib olub.

Musavat.com xəbər verir ki, aktyorun son aylardakı fiziki dəyişimi sosial mediada da böyük maraqla izlənilir.

Güngör hərbi xidmət müddətində 24 gün ərzində 9 kilo çəki itirib. Məşhur aktyorun fiziki dəyişimi hərbi xidmətdən sonra da davam edib. Müntəzəm şəkildə idmanla məşğul olan Güngör bu dəfə foto ilə əldə etdiyi nəticəni nümayiş etdirib.

Paylaşımda aktyorun qarın əzələlərinin daha qabarıq şəkildə göründüyü diqqətdən yayınmayıb. Daha əvvəl çəkisi ilə bağlı sosial şəbəkələrdə müxtəlif şərhlərlə gündəmə gələn Güngör bu dəfə fit görünüşüylə izləyicilərinin qarşısına çıxıb.

24-gunde-9-kilo-verdi-unlu-oyu-65406636-6417_1_m.jpg (206 KB)

Qeyd edək ki, Doğukan Güngör “Haysiyet” serialı ilə yenidən tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR