İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiya ABŞ-dən kömək gözləyir

Kolumbiya hakimiyyəti narkotik kartellərinə qarşı mübarizədə ABŞ-dan kömək gözləyir.

Musavat.com xəbər verir ki, bunu Kolumbiyada səfərdə olan ABŞ Dövlət Katibi Marko Rubio jurnalistlərə deyib: "Kolumbiyalılar heç vaxt Amerika əsgərlərinin Kolumbiyaya gəlməsini və narkotik kartelləri ilə mübarizə aparmasını istəməyiblər. Onlar bizdən kömək və təlim istəyiblər".

O qeyd edib ki, Kolumbiya hakimiyyəti "bu mübarizənin böyük bir hissəsini" özləri idarə etməyə hazırdır: "Onlar sadəcə avadanlıqla köməyimizə ehtiyac duyurlar. Kəşfiyyatla köməyimizə ehtiyac duyurlar. Bəzən ixtisaslaşmış təlimlə köməyimizə ehtiyac duyurlar".

Daha əvvəl Rubio sosial mediada Kolumbiya Prezidenti Abelardo de la Espriella ilə məhsuldar görüş keçirdiyini yazıb. Tərəflər təhlükəsizlik əməkdaşlığı, ticarət və regionda qanunsuz immiqrasiyaya qarşı mübarizəni müzakirə ediblər: "Mən həmçinin Kolumbiya Xarici işlər naziri Bula (Omar Bula Escobar – red.) ilə vacib mineralların çıxarılması və mülki nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumları imzaladım. Bu, ən əhəmiyyətli tərəfdaşlıqlarımızdan birində yeni bir dövrün başlanğıcıdır".

Xatırladaq ki, əvvəlki Kolumbiya prezidenti Qustavo Petro ilə Donald Tramp arasında ciddi toqquşmalar olmuşdu. ABŞ Qustavo və onun ailəsinə qarşı sanksiya tətbiq etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR