İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaur Rzayevin SON DURUMU açıqlandı

Xəbər verildiyi kimi, Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, müğənni hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır:

"1952-ci il təvəllüdlü şəxs sentyabrın 5-i saat 20:50 radələrində xəstəxananın Qəbul şöbəsinə hospitalizasiya olunub. Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Göstərilən zəruri reanimasiya tədbirləri nəticəsində vəziyyətində stabilləşmə müşahidə edilən pasiyentin müalicəsi Terapiya şöbəsində davam etdirilir".

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR