Onlayn ictimai-siyasi qəzet
Bakıda “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə “Gəl dost olaq – Çərpələng Festivalı” keçirilib.
Musavat.com xəbər verir ki, festivalın özəl qonağı Xalq artisti Tünzalə Ağayeva olub.
Pop ulduzun ifaları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Balaca qəhrəmanlarımız sənətçinin bütün ifalarına qoşularaq onunla birlikdə əzbərə söyləyiblər.
Qeyd edək ki, festivalın əsas məqsədi həssas qrupdan olan uşaqların sosial inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtının səmərəli təşkilinə töhfə vermək, cəmiyyətdə dostluq, birlik və həmrəylik dəyərlərini təşviq etmək olub.
Könül
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ