İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft emalı zavodunda faciəvi anlar: 40 raketlik yaylım atəşi və dayandırılan istehsalat-VİDEO

İsrail hərbi senzurası tam bir il keçdikdən sonra İranın Hayfa neft emalı zavoduna endirdiyi raket zərbələrinin ağır nəticələrini əks etdirən məlumatları ictimailəşdirib.

Musavat.com xəbər verir ki, İranın balistik raketləri 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibə zamanı Hayfa körfəzi rayonunda yerləşən "Bazan" neft emalı kompleksini dəqiq zərbələrlə vurub.

Ən ağır dağıntı səhər saatlarında təxminən 40 raketdən ibarət yaylım atəşi zamanı qeydə alınıb. Hücum nəticəsində sığınacaqda qalan 3 müəssisə əməkdaşı tüstü və yüksək hərarət səbəbindən blokda qalaraq həyatını itirib.

Eyni zamanda zavodun ərazisində yerləşən elektrik stansiyası tamamilə sıradan çıxarılıb, bundan sonra neft emalı zavodunun fəaliyyəti tam şəkildə dayandırılıb.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR