İnsanlara hürriyət, millətlərə istiqlal!

Korsikanın Korti şəhərində “Beynəlxalq Gün” adlı tədbirin 44-cü buraxılışı keçirilib

7-9 avqust tarixlərində Korsikanın Korti şəhərində “Beynəlxalq Gün” adlı tədbirin 44-cü buraxılışı keçirilib.

Musavat.com xəbər verir ki, tədbirin əsas təşkilatçısı Korsikanın müstəqilliyi uğurunda mübarizə aparan “Nazione” siyasi hərəkatıdır. Tədbir azadlıq mübarizəsi aparan müxtəlif xalqların nümayəndələrini bir araya gətirib.

Bu ilki buraxılışın əsas mövzusu Korsikaya təqdim edilməsi nəzərdə tutulan geniş muxtariyyət məsələsi olub. Tədbirin yekununda həmçinin, “Nazione”nin gələcək fəaliyyətinə dair yol xəritəsi qəbul olunub.

Qeyd olunmalıdır ki, vaxtı ilə terror fəaliyyətləri həyata keçirmiş Korsika Milli Azadlıq Cəbhəsi (FLNC) tədbir öncəsi, avqustun 6-sı gizli mətbuat konfransı təşkil edib.

Bu konfransda yayılan bəyanatın əsas məqsədi Korsika muxtariyyət layihəsinin pislənilməsi və adaya köçən fransızlara "evində qal" xəbərdarlığı olub.

Diqqət çəkən vacib məqam ondan ibarətdir ki, FLNC öz bəyanatında təkcə Fransa dövlətini deyil, həm də adadakı ideyanı dəstəkləyən millətçi siyasətçiləri və muxtariyyət tərəfdarlarını xalqa qarşı xəyanət etməkdə ittiham edib. Bəyanatda ən mühüm ideoloji dəyişiklik isə qruplaşmanın onilliklərdir müdafiə etdiyi "adada yaşayan hər kəs mənşəyindən asılı olmayaraq Korsikalıdır" tezisindən imtina etməsidir. FLNC artıq yalnız etnik köklərə bağlılığı əsas götürür və adaya ildə köçən təxminən 5000 fransızı adanın kimliyini yox edən bir kütləvi məskunlaşma silahı adlandıraraq, onlara qarşı açıq şəkildə təhlükəsizlik təhdidləri səsləndirir.

Fransanın hüquq-mühafizə orqanları təşkilatın bəyanatına sərt reaksiya verib. Milli Antiterror Prokurorluğu dərhal hərəkətə keçərək, "terror aktına hazırlıq məqsədilə cinayətkar birlik yaratma" maddəsi ilə ilkin təhqiqat başladıb. Eyni zamanda, videoda nümayiş etdirilən döyüş silahları ilə bağlı "terror qruplaşması ilə əlaqəli şəkildə A və B kateqoriyalı qanunsuz silah-sursat əldə etmə və daşıma" faktları üzrə də cinayət işi açılıb və dövlət rəsmiləri respublika daxilində heç bir silahlı təhdidə güzəşt edilməyəcəyini bəyan ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR