Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyanı nazirliyə çağırıb.
Musavat.com xəbər verir ki, səfir Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüş keçirib.
Görüş zamanı Rusiya tərəfi İrəvanın Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyaya qarşı terror təhdidlərini səsləndirməsi üçün tribunaya çevrilməməsini tələb edib.
Moskva bildirib ki, bu cür addımlar Rusiya tərəfində ədalətli narazılıq doğurur. Eyni zamanda vurğulanıb ki, Ermənistan tərəfinin belə qalmaqallı davranışa mənfi münasibət bildirməməsi iki ölkə arasındakı tərəfdaşlıq münasibətlərinə uyğun sayılmır.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ