Onlayn ictimai-siyasi qəzet
Rusiyada məktəblər üçün hazırlanmış yeni tarix dərslikləri ciddi qalmaqala səbəb olub.
Musavat.com xəbər verir ki, praktikada çalışan tarix müəllimləri bu dərsliklərlə bağlı misli görünməmiş sayda irad və şikayət təqdim ediblər.
Dərsliklər Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərliyi altında hazırlanıb. Dərslik xəttinin həmmüəllifi, akademik Aleksandr Çubaryanın sözlərinə görə, müəllimlər bu dəfə qısa qeydlərlə kifayətlənməyərək geniş və detallı təhlillər göndəriblər.
İradlarda əsasən materialın həddindən artıq həcmi, mövzuların ardıcıllığının pozulması, eləcə də faktoloji səhvlər ön plana çıxarılır. Bildirilir ki, müəllimlərdən biri 5–9-cu siniflər üçün nəzərdə tutulan ümumdünya tarixi dərsliklərinin hər biri üzrə 25–30 səhifəlik qeydlər hazırlayıb. Həmin qeydlərdə hadisələrin təqdimatındakı metodoloji qüsurlar ayrıca sadalanıb.
Şikayətlər federal tədris proqramı ilə dərsliklərin həcmi arasında uyğunsuzluqları da üzə çıxarıb. Belə ki, bəzi mövzulara dərsliklərdə bir neçə paraqraf ayrıldığı halda, proqramda onların tədrisi üçün cəmi 1,5 dərs saatı nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən dərsliklər daha əvvəl də tarixçilər tərəfindən tənqid edilmişdi. Məlumata görə, 2026-cı ildə iradlar nəzərə alınmaqla tarix dərsliklərinin yenilənmiş versiyaları çap olunacaq. Medinski isə bu məsələyə münasibət bildirərkən sovet dövründə tarix dərsliklərinin “bəzən 10 dəfəyədək yenidən nəşr edildiyini” xatırladıb.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ