İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan Ermənistanla bağlı sərt xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın xarici-siyasi kursu ilə bağlı açıq və sərt mövqe ortaya qoyub.

Musavat.com xəbər verir ki, Moskva İrəvanın anti-Rusiya standartları üzərində qurulan blokların xəttinə uyğunlaşmayacağını gözlədiyini bəyan edib. Bu mövqe Sergey Lavrovun 2025-ci ilin yekunlarına dair Rusiya diplomatiyasının fəaliyyəti ilə bağlı mətbuat konfransına daxil olan suallara cavablarda əksini tapıb.

Rusiya XİN bildirir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqı üzvlüyü ölkəyə real və hiss olunan iqtisadi üstünlüklər qazandırır. Bununla yanaşı, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bütün hüquq və öhdəliklərini saxlayır. Moskva Ermənistanın KTMT-də tamhüquqlu iştirakını vacib sayır və təşkilatı ölkənin təhlükəsizliyinin ayrılmaz elementi kimi qiymətləndirir.

Açıqlamada vurğulanır ki, Rusiya faktiki olaraq Ermənistanın əsas ticarət və investisiya tərəfdaşıdır, həmçinin respublikanın ərzaq və enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Rusiyanın hərbi bazası və sərhəd qoşunları Ermənistanın, eləcə də bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında mühüm rol oynayan amillər kimi göstərilir.

Rusiya XİN-in mövqeyinə görə, Ermənistanın xarici əlaqələri şaxələndirməsi ənənəvi müttəfiqlərlə əməkdaşlığın zəiflədilməsi demək deyil. Moskva hesab edir ki, Cənubi Qafqaz ölkələrində, o cümlədən Ermənistanda Brüssel və Vaşinqtonun “xeyirxah niyyətlər” adı altında əslində soyuq geosiyasi hesablamalar apardığı yaxşı başa düşülür. Açıqlamada qeyd olunur ki, Qərb üçün region, ilk növbədə, Rusiyaya təzyiq göstərmək məqsədilə istifadə oluna biləcək potensial “ağrı nöqtəsi” kimi qiymətləndirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR