Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər naziri Sergey Lavrov ölkəsinin maraqlarının qorunması və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı mühüm bəyanat verib. O, Rusiyanın hər zaman maraqlar balansının axtarışına hazır olduğunu, lakin milli təhlükəsizlik məsələsində heç bir güzəştə getməyəcəyini vurğulayıb.
Musavat.com xəbər verir ki, nazir hər bir dövlətin qanuni maraqlarının nəzərə alınmasının vacibliyini qeyd edib.
Lavrov "TASS" agentliyinə verdiyi müsahibədə Rusiyanın əsas hədəflərini belə izah edib:
"Bizim qanuni marağımız öz təhlükəsizliyimizi təmin etməkdir. Tarixinin davam etməsində, xalqının maksimum əlverişli xarici şəraitdə inkişafında, iqtisadi artımın və rifahın təmin olunmasında maraqlı olan hər bir normal ölkə kimi biz də bunu istəyirik".
Rusiya XİN rəhbəri eyni zamanda Avropa və Kiyev rejimini kəskin tənqid atəşinə tutub. O bildirib ki, Qərb tərəfdaşları təhlükəsizlik zəmanətlərindən danışarkən "Rusiya ilə birlikdə deyil, Rusiyaya qarşı" olan bir sistemi nəzərdə tuturlar.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ