İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəranda 150 minlik dələduzluq edən tutuldu: verdiyi vədlər...

Lənkəranda müxtəlif vədlərlə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən H.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, H.Məmmədov zərərçəkmişlərə özünü müxtəlif qurumlarlarda tanışları olan şəxs kimi təqdim edərək təqaüd düzəltmək, yüksək maaşlı işlə təmin olunma və digər yalan vədlər verib. Bu yolla o, vətəndaşların ümumilikdə 150 min manatdan artıq pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, H.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR