İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko onları "Oreşnik"lə HƏDƏLƏDİ - "Bizi narahat etməyin"

Belarus öz müdafiəsi üçün "Oreşnik" raket sistemindən istifadə edir. NATO və Ukrayna Minskin bu silahlardan istifadə etməsinin qarşısını almaq üçün müdaxilə etməməlidir. 

Musavat.com BelTA-ya istinadən xəbər verir ki, bunu martın 13-də Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Mən demirəm ki, sabah Vilnüsə, Varşavaya və ya Kiyevə bu "Oreşnik" raketini atacağıq. Allah eləməsin. Bu, bizim işimiz deyil. Ölkəmizi qorumalıyıq. "Oreşnik" raketinin atılmasının qarşısını almaq üçün bizə müdaxilə etməyin. Nə Ukraynadan, nə Polşadan, nə Litvadan, nə də Latviyadan", - Lukaşenko deyib.

O qeyd edib ki, NATO Belarusdakı raket sistemini "özünün qanuni hədəfi" kimi iddia edə bilər. Bununla belə, Belarus lideri ölkəsinin heç kimi təhdid etmək niyyətində olmadığını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR