İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstana AĞIR ZƏRBƏ: Rusiya aktivləri ilə bağlı məhkəmə iddiası rədd edildi

Macarıstan Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin Ukraynanın hərbi ehtiyaclarına yönəldilməsi qərarı ilə bağlı açdığı məhkəmə prosesində məğlub olub.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Budapeşt Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən gələn əlavə mənfəətin Ukraynanın müdafiəsinin maliyyələşdirilməsinə yönəldilməsi haqqında Aİ-nin qərarına qarşı iddia qaldırmışdı.

Lakin Avropa İttifaqının Ümumi Məhkəməsi bu məsələyə baxmağın onun yurisdiksiyasına daxil olmadığını əsas gətirərək Macarıstanın iddiasını rədd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR