Onlayn ictimai-siyasi qəzet
Venesuela Prezidenti Nikolas Maduro ABŞ-a ünvanladığı növbəti mesajı bu dəfə qeyri-adi formada çatdırıb- o, Con Lennonun əfsanəvi “Imagine” mahnısını canlı ifa edərək dünya ictimaiyyətinə sülh çağırışı edib.
Musavat.com xəbər verir ki, Maduro çıxışında sülhün bəşəriyyət üçün ən böyük dəyər olduğunu vurğulayıb:
“Sülh, sülh, sülh… Hər şeyi sülh üçün etməliyik. Con Lennon necə deyirdi? Elə, elə!” — deyə o bildirib.
Prezidentin mahnını ifa etməsi salonda alqışlarla qarşılanıb və qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.
Maduro bildirib ki, hazırda Latın Amerikası regionu ABŞ-nin hərbi aktivliyi və təzyiqləri ilə üzləşdiyi üçün sülh çağırışları daha da vacibdir. O, xüsusilə ABŞ-ın Venesuela yaxınlığında hərbi varlığını artırmasına diqqət çəkib:
“Biz nə müharibə istəyirik, nə qarşıdurma. Dünyanın ehtiyacı olan tək şey harmoniyadır”, — deyə prezident əlavə edib.
Müzakirələrdə Maduronun bu jesti bəziləri tərəfindən “siyasi performans”, digərləri tərəfindən “dünyaya səmimi mesaj” kimi qiymətləndirilib.
Lennonun “Imagine” mahnısı isə illərdir sülh hərəkatlarının simvolu kimi qəbul olunur və Maduronun bu seçimi təsadüfi sayılmır.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ