İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Davosda “aviator” eynəyi ilə niyə göründü? – Açıqlama yayıldı

Musavat.com xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Davosda keçirilən World Economic Forum çərçivəsində “aviator” tipli eynəklərlə görünməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı açıqlama verən Fransa lideri bildirib ki, gözündə subkonjonktival qanaxma yaranıb. Buna görə də o, gözlərindəki qızartını gizlətmək üçün eynək taxmağa məcbur qalıb.

Oftalmoloqların izahına görə, bu cür qanaxmalar əksər hallarda spontan şəkildə baş verir və 7–10 gün ərzində öz-özünə keçib gedir. Həkimlər vurğulayırlar ki, belə hallar nadir hallarda zərbə və ya travma ilə bağlı olur; daha çox dərman qəbulu və ya fərdi fizioloji xüsusiyyətlərlə əlaqələndirilir.

Sosial şəbəkələrdə istifadəçilər oxşar halların ABŞ-ın sabiq prezidenti Co Bayden və Böyük Britaniyanın mərhum kraliçası II Elizabet ilə bağlı görüntülərdə də müşahidə edildiyini xatırladıblar. Həmin şəxslərdə də göz qanaxmalarının əsas səbəbi kimi dərman qəbulu və yaşa bağlı dəyişikliklər göstərilmişdi.

 

Musavat.com

photo_2026-01-21_21-19-19.jpg (127 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR