İnsanlara hürriyət, millətlərə istiqlal!

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

Xalıq Qəhrəman oğlu Rəhmanov Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.

Musavat.com xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb.

Bildirilib ki, 63 yaşlı X.Rəhmanov 1981-1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və Nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb.

X.Rəhmanov 2012-ci ildə Prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR