Onlayn ictimai-siyasi qəzet
“İşıqlı Ermənistan” partiyası seçkiöncəsi yeni siyasi model irəli sürüb.
Musavat.com xəbər verir ki, “İşıqlı Ermənistan” 7 iyunda keçiriləcək seçkilər üçün baş nazir postuna namizəd irəli sürməyib.
Partiya sədri Edmon Marukyan bildirib ki, müxalifət baş nazir namizədi ətrafında birləşə bilmədiyi üçün alternativ variant kimi Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyanın prezident postuna namizədliyi nəzərdən keçirilir.
Marukyanın sözlərinə görə, Ermənistan prezidentinin hazırkı səlahiyyətləri icraedici xarakter daşımır, lakin bu vəzifə nüfuz və balanslaşdırıcı rol baxımından mühüm əhəmiyyət daşıyır.
Edmon Marukyan iddia edib ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının proqramında Erməni Apostol Kilsəsinin rəhbərliyinə müdaxilə niyyəti yer alır. Onun fikrincə, belə halda cəmiyyət üçün qəbul edilən və nüfuz sahibi fiqurun prezident seçilməsi vacibdir.
Marukyan əlavə edib ki, arxiyepiskop Mikael Acapaxyanın namizədliyi impiçment müzakirələri dövründə də gündəmə gətirilib.
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ