İnsanlara hürriyət, millətlərə istiqlal!

Masazırdakı restoran da Namiq Mənanındır? - VİDEO

Abşeron rayon Masazır kəndində fəaliyyət göstərən “Tripalma” restoranından gecə saatlarında ətrafa yayılan yüksək səs sakinlərin narazılığına səbəb olub.

Yüksək səslə musiqi səsləndirilməsi, meyxana deyişmələri səbəbindən əhali Baku TV-yə müraciət edib.

Bildirilib ki, bəzi hallarda musiqi və meyxana səsi gecə saat 2-yə qədər davam edir.

Televiziya əməkdaşları sözügedən obyektdə çəkiliş apararkən onları meyxanaçı Namiq Məna qarşılayıb. O, saat 23:00-dan sonra musiqi səsinin azaldıldığını deyib.

Sənətçi ətrafdakı yaşayış evlərinə səsin yayılması ilə bağlı iradları da nəzərə alacaqlarını bildirib: “İndi səs keçirməyən pəncərələr var. Həmin pəncərələri ala bilməyənlərdən üzr istəyirik. Qanuna hamımız riayət etməliyik. Şikayətləri nəzərə alarıq”.

Namiq Mənanın restoranda hansı formada fəaliyyət göstərməsi qeyd edilməyib. Lakin o da məlumdur ki, meyxanaçı Abşeron rayonunda bir neçə restorana sahibdir.

Xatırladaq ki, bir müddət əvvəl ona məxsus olan və Saray qəsəbəsində yerləşən “Mor-Mor” restoranında dava olmuş və bir nəfər həbs edilmişdi.//qafqazinfo

Əldə etdiyimiz məlumata görə, Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə obyektində gecə saatlarında ətraf ərazilərə yayılan yüksək səslə bağlı daxil olan müraciət polis əməkdaşları tərəfindən araşdırılır.

Musavat.com xəbər verir ki, araşdırmanın nəticəsindən asılı olaraq obyektin məsul şəxsləri barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcəkdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR