Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın tanınmış klinikası fəaliyyətini dayandırıb.
Musavat.com xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, "Mayomed" klinikası bir neçə gün əvvəl bağlanıb.
Klinikanın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 205 ünvanında yerləşən binasından bütün tibbi avadanlıqlar çıxarılıb, həkim heyəti və digər əməkdaşlarla sağollaşılıb. Artıq klinikanın reklam lövhələri də binanın üzərindən götürülüb.
Klinikanın hansı səbəbdən fəaliyyətini dayandırdığı məlum deyil.
Qeyd edək ki, "Mayomed" klinikası daha çox fizioterapiya və reabilitasiya xidmətləri ilə tanınıb.
05 Iyul 2026
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ