İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyevin oğlu da “texnologiya beyni” oldu

“Vahid Rusiya” partiyasında növbəti “ailəvi karyera” nümunəsi ortaya çıxıb.

Musavat.com xəbər verir ki, keçmiş prezident Dmitri Medvedyevin oğlu İlya Medvedyev partiyanın İnnovasiya və Texnoloji İnkişaf Şurasının katibi vəzifəsinə gətirilib.

Məlumata əsasən, Medvedyevin oğlu şuranın fəaliyyətini koordinasiya edəcək, eyni zamanda onun ideoloji və məzmun xəttini müəyyənləşdirəcək. Şuraya isə “Ros­kosmos”un rəhbəri Dmitri Bakanov başçılıq edəcək.

Rəsmi açıqlamalara görə, bu struktur ekspertlər, biznes və hakimiyyət arasında “dialoq platforması” rolunu oynayacaq. Əsas məqsədlərdən biri isə 2026-cı il Dövlət Duması seçkiləri üçün hazırlanacaq “Xalq Proqramı”nın texnoloji hissəsinin formalaşdırılmasıdır.

Qeyd edək ki, İlya Medvedyev əvvəllər də dövlət layihələrində fəal iştirak edib. 2023-cü ildə onun Rusiyanın işğal etdiyi Ukrayna əraziləri üçün yaradılan “Mən Rusiyadayam” onlayn platformasının koordinatorlarından biri olduğu məlum olmuşdu. Bundan başqa, o, 2022-ci ildən etibarən “Rostex”in törəmə şirkətində baş direktorun müşaviri vəzifəsində çalışır.

Müşahidəçilərin fikrincə, bu təyinat Rusiyada “kadr siyasətində ailə ənənələrinin” davam etdiyini bir daha göstərir. Sosial şəbəkələrdə isə artıq bu proses “innovasiya yox, nepotizm” kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR