İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərhum həyat yoldaşı ilə bağlı paylaşım etdi

Əməkdar artist Aybəniz Haşımova mərhum həyat yoldaşı Xalid Quliyevin doğum günü münasibətilə paylaşım edib.

Musavat.com xəbər verir ki, müğənni sosial media hesabında onunla bağlı duyğusal sözlər yazıb:

“İllər öncə bu gün dünyaya gəlmişdi... Bu gün isə onu xatırlayan ürəklər var, hələ də unutmayıblar, hələ də darıxırlar... Bəzi insanlar həyatdan gedirlər, amma xatirələri ürəkdən heç vaxt getmir. Bəzi ayrılıqların isə illəri keçsə də, ağrısı dəyişmir... Səni məndən alan dünya...”

Qeyd edək ki, Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev Qarabağ müharibəsində şəhid olub. A.Haşımovanın bu nikahdan Aynişan adlı övladı var.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR