Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kastamonu vilayətinin Cide rayonuna bağlı Ovacık kəndindəki məsciddə maraqlı anlar yaşanıb.
Musavat.com-un məlumatına görə, məscidin imamı Furkan Abay günorta azanını oxumağa başlayarkən bir pişik onun üstünə dırmaşmağa başlayıb.
Pişik azan müddətində imamın qolunu və boynunu dolaşaraq diqqətləri üzərinə çəkib.
Hadisə həm yerli camaatın, həm də sosial media istifadəçilərinin marağına səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ