Onlayn ictimai-siyasi qəzet
Kaliforniya ştatının San-Fransisko şəhəri yaxınlığında yerləşən Dublin şəhərində "The New York Times" nəşrinin Oyunlar (Games) bölməsində mühəndislik və istifadəçi təcrübəsi (UX) istiqamətinə rəhbərlik edən 40 yaşlı Conatan Makkinzi güllələnərək öldürülüb.
Musavat.com xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Qətl sentyabrın 26-da günorta saatlarında yerli idman kompleksinin ərazisində törədilib.
Bir neçə odlu silah yarası alan Makkinzi hadisə yerindəcə dünyasını dəyişib.
Polisin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən şəxslər mühəndisin həyat yoldaşının 77 yaşlı qohumları - Şouyun Çjan və Şili Çendir. Onlar artıq saxlanılıb və rəsmi ittiham irəli sürülənədək həbsdə saxlanılacaqlar.
Məhkəmə sənədlərinə əsasən, Makkinzi və həyat yoldaşı Kəndis Çjan boşanma və övladın qəyyumluğu məsələsində mübahisə edirmişlər. Ötən il məhkəmə məişət zorakılığı ittihamları əsasında Makkinziyə qarşı müvəqqəti qoruyucu qərar (yaxınlaşma qadağası) çıxarıbmış.
Hüquq-mühafizə orqanları məhkəmə mübahisəsini, eləcə də məişət zorakılığı və uşaqla qəddarca rəftar iddialarını cinayətin ehtimal olunan əsas motivi kimi qiymətləndirir.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ