Onlayn ictimai-siyasi qəzet
Malazgirt zəfərinin ildönümü ilə bağlı Muşda keçirilən tədbirlər çərçivəsində konsert proqramıyla çıxış edən müğənni Sinan Akçıl prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, Ərdoğanla görüşü və əl sıxışdığı anları sosial media hesabında paylaşan Akçılın yazdığı sözlər rezonans doğurub.
Sənətçi paylaşımına əlavə etdiyi qeyd ilə diqqət çəkib. O, fotosunun üzərinə belə yazıb:
“Ömrümdən illər verə bilsəm, gözümü belə qırpmadan verərdim dediyiniz insanlar varmı? Mənim var. Onlardan biri bu iki kadrda əks olunub. Təşəkkürlər, Malazgirt! Təşəkkürlər, Ahlat! Möhtəşəm idiniz”.

Paylaşım qısa zamanda minlərlə bəyənmə və çoxsaylı şərhlər toplayaraq sosial media platformalarında geniş müzakirələrə səbəb olub.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ