Onlayn ictimai-siyasi qəzet
Türkiyədə yayımlanan seriallardan ilk final xəbəri gəlib.
Musavat.com bildirir ki, “Doğanın Kanunu” serialı 13-cü bölümü ilə ekran macərasını başa vuracaq.
“Ay Yapım” imzalı layihə “Star TV” kanalında yayımlanır.
Baş rollarını Alperen Duymaz və Özge Yağızın canlandırdığı serialın yay mövsümündən sonra davam etməyəcəyi bildirilir. Layihənin final qərarının əsas səbəblərindən biri kimi reytinqlərdə gözlənilən nəticənin əldə olunmaması göstərilir.
Beləliklə, “Doğanın Kanunu” 13-cü bölümü ilə tamaşaçılara vida edəcək.
Könül
Musavat.com
11 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ