İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni mediasına və blogerlərə ətək-ətək ABŞ pulları – Tramp gələn kimi...

ABŞ-nin Ermənistanda media layihələrinə ayırdığı vəsaitin həcmi açıqlanıb.

Musavat.com xəbər verir ki, 2023–2025-ci illərdə “Media Program in Armenia” proqramı çərçivəsində təxminən 7,5 milyon dollar xərcləndiyi bildirilir.

Proqramın ilkin ümumi büdcəsi 15 milyon dollar olub və onun 2028-ci ilədək davam etdirilməsi nəzərdə tutulub. Layihə USAID tərəfindən maliyyələşdirilib, vəsaitlər “Internews” və onun tərəfdaşları vasitəsilə Ermənistanın media sektoruna yönəldilib.

2024-cü ilin dekabrına olan məlumata görə, proqram çərçivəsində 59 Ermənistan KİV-i dəstək alıb, 338 media nümayəndəsi müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb olunub.

Jurnalistlər, blogerlər və digər media nümayəndələri proqramın dəstəyi ilə 805 material hazırlayıblar.

Lakin layihə nəzərdə tutulan 2028-ci ilə qədər davam etməyib. Donald Trampın hakimiyyətə qayıtmasından sonra ABŞ-nin xarici yardım proqramlarının genişmiqyaslı təftişinə başlanılıb. USAID-in fəaliyyətinin yenidən nəzərdən keçirilməsi fonunda Ermənistandakı media proqramının maliyyələşdirilməsi də dayandırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR