İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi daha bir rekordun astanasında

Lionel Messi cərimə zərbəsindən vurduğu qolla daha bir rekorda yaxınlaşıb.

Argentinalı hücumçu MLS-in 26-cı turunda “San Dieqo” ilə 2:2 hesablı heç-heçə etdikləri oyunda fərqlənib.

"Goal" nəşrinin məlumatına görə, bu, Messinin karyerasında birbaşa cərimə zərbəsindən vurduğu 75-ci qol olub. Bununla o, braziliyalı Jair Rosa Pintonu geridə qoyaraq ikinci pilləyə yüksəlib.

Bu göstəricidə rekord 78 qolla Marselinyo Kariokaya məxsusdur. Messi rekordu təkrarlamaq üçün daha 3, yeni rekord müəyyənləşdirmək üçün isə 4 qol vurmalıdır.

Qeyd edək ki, statistikaya yalnız yüksək səviyyəli çempionatlarda birbaşa cərimə zərbələrindən vurulan qollar daxildir. Messi bu göstəricidə Kriştiano Ronaldo, Ronaldinyo və Dieqo Maradonanı da geridə qoyub./NOCOMMENT.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR