Onlayn ictimai-siyasi qəzet
Uqanda millisinin və “SC Villa” klubunun kapitanı Devid Ovori öldürülüb.
Musavat.com xəbər verir ki, o, paytaxt Kampalada yaşadığı evin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.
Quldur dəstəsi onun telefonunu və qiymətli əşyalarını oğurlamağa çalışıb. Müqavimət göstərən 27 yaşlı futbolçu başına dəyən daşlardan sonra həyatını itirib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb./qafqazinfo.az/
08 Avqust 2026
07 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ