İnsanlara hürriyət, millətlərə istiqlal!

MKİ-dən meqaşirkətlərə xəbərdarlıq - “Tayvandan çıxın, Çin 2027-ci ilə qədər adaya girəcək”

ABŞ hakimiyyəti böyük texnologiya şirkətlərini qarşıdakı illərdə Çinin Tayvana müdaxiləsi riski barədə xəbərdar edib.

Musavat.com xəbər verir ki, “Nyu-York Tayms” qəzetinin məlumatına görə, ABŞ kəşfiyyat agentliyi 2023-cü ildə “Apple”, “Nvidia” və AMD rəhbərliyi ilə qapalı görüşlər keçirib. Kəşfiyyat rəsmiləri 2027-ci ilə qədər Tayvana qarşı mümkün Çin hərbi əməliyyatı barədə xəbərdarlıq ediblər.

Bu danışıqlar ABŞ hökumətinin daha geniş strategiyasının bir hissəsidir. ABŞ-nin son iki administrasiyası davamlı olaraq texnologiya şirkətlərini yarımkeçirici istehsalını Tayvandan kənara çıxarmağa çağırıb.

Vaşinqton açıq şəkildə adada çip istehsalının konsentrasiyasını milli təhlükəsizlik məsələsi adlandırır. Maliyyə naziri Skott Bessent ötən ay Davosda keçirilən Dünya İqtisadi Forumunda bu barədə açıqlama verib.

“Qlobal iqtisadiyyat üçün ən böyük təhlükə, ən böyük potensial pozuntu mənbəyi yüksək keyfiyyətli çiplərin 97 faizinin Tayvanda istehsal olunmasıdır”, -. Bessent bildirib. O, əlavə edib ki, əgər bu ada bloklansa və onun qüdrəti məhv edilsə, bu, iqtisadi apokalipsis olardı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR