Onlayn ictimai-siyasi qəzet
Moskva və Moskva ətrafı vilayətlərin səmasında gecə saatlarında müşahidə olunan sirli işıq zənciri sakinlərin böyük marağına və təşvişinə səbəb olub.
Musavat.com xəbər verir ki, səmanın qaranlığında düz xətt boyunca hərəkət edən parıltılı obyektlər şahidlərin videokamerasına düşüb.
Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdə gecə səmasında bir sıra ilə nizamlı şəkildə süzən çoxsaylı parlaq nöqtələr aydın görünür.
Ehtimallara görə, səmadakı bu mənzərə İlon Maskın "SpaceX" şirkətinə məxsus olan və internet təminatı üçün orbitə buraxılan "Starlink" peyklərinin hərəkət xəttidir.
Bununla belə, həmin işıq obyektlərinin mənşəyi barədə hələlik rəsmi məlumat verilməyib.
Həmin görüntüləri təqdim edirik:
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ